“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Cənab Prezidentin 19 yanvar 2015-ci il tarixli 995 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı rayonunun ziyalıları və təhsil işçiləri arasında müvafiq tədbirlər keçirilir. Bu mənada sentyabrın 09.09.2016-cı il tarixdə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın 3.1.4 bəndinə uyğun olaraq xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində təhsil işçiləri ilə görüş keçirilmişdir.Görüşdə təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması məqsədilə erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını nəzərdə tutan məktəbəqədər təhsilin inkişafı üzrə dövlət proqramının hazırlanmasına lazımi təkliflərin verilməsi ilə bağlı söhbətlər aparıldı. Bununla bağlı təhsil işçilərinin təklifləri dinlənildi. Bu istiqamətdə görüləcək işlər barədə rayon ictimaiyyətinə ətraflı məlumat verildi.